Сменить язык:
  • Həyatım
    bir
  • Haqqımda

    DƏNİZ LƏPƏLƏRİ İLƏ DUET OXUYAN MÜĞƏNNİ

        Yer üzünün hər yanı gözəldir! Cənnətdən çıxan Adəm üçün yaşamağa Yerdən daha münasib məkan tapılmadı. Yer gözəlliyinin daha möhtəşəm guşələri də var.
    Birinin adına Azərbaycan deyilir. Bu ölkə həm cəngavər igid kimi məğrur, həm də bəzənmiş gözəltək cazibədardır.
    Azərbaycanın Cənub bölgəsi isə daha fərqli cəhətlərinə görə seçilir. Lənkəran onu görən şairlərin ilhamını coşdurur. Burada təbiət gözəlliyinin adına hər şey var; dağlar, çaylar, göllər, meşələr və dəniz. Heç nahaq yerə adına “Cənub mirvarisi” deyilmir. Gecələr dənizə düşən ay işığı suların üzərində bərq vurur. Qırçın ləpələr sahili döyəcləyərək buradakı Stamurdov kəndinin körpələrinə dəniz laylası çalır. Balıqçılar da çox vaxt suya tor salmağı unudur, təbiətin bu gözəlliyinə valeh olub qalırlar. Aralarında şirin zümzümələr edən, səsini suların üstünə yaxıb gözəl nəğmələr oxuyan kişilər var. Balıqçı Hənifə öz gözəl səsilə başqalarından seçilirdi. Heç demə evində dəniz laylası dinləyən körpə oğlu Cavad vaxt gələcək onun bu qaynar təbini, bu şux səsini öz gözəl ifası ilə yaşadacaq, təkcə sahilin qırçın ləpələrini deyil, bütün dünyanı heyran qoyacaqdı. Cavad Hənifə oğlu Rəcəbov 1954-cü il, dekabrın 20-də Lənkəranın Stamurdov kəndində anadan olmuşdu. O hələ 4 yaşında ikən atası Hənifə kişinı itirdi. Anası Umuleyla xanım kənddəki “Xəzər” gülçülük sovxozunda işləyərək öz balalarını alın təri və halal zəhməti ilə saxladı, ərsəyə, boya-başa çatdırdı. Balaları da ona vəfalı çıxdılar, ümidini, etimadını doğrultdular. Cavad ifaçılıq məharətini hələ 5-ci sinifdə oxuyarkən göstərdi. Stolun tinini, stulları döyəcləyərək ritmlər çalırdı. Beləcə nağara ilə dostlaşdı. Sonra “Yenilməz batalyon” filmindəki məşhur mahnını gözəl ifa etməsi ilə diqqəti cəlb etdi. Hələ 11 yaşda ikən onu öz dövrünün məşhur sənətçisi Sona xanım ilk dəfə toy məclisində onunla birgə çalmağa dəvət elədi. Cavadın özünəməxsus tərzdə və şux ritmlərlə çaldığı nağara Sona xanımın çox xoşuna gəlmişdi. Bir müddət sonra isə Cavad məşhur müğənni Teymur Mustafayevlə tanış oldu və onunla birlikdə beş il el şənliklərində, konsertlərdə çıxış elədi. Hər toyda, konsertdə onun da bir neçə mahnı oxuması vardı. Çoxları toyda onun mahnı oxuyacağı məqamı gözləyirdi. T.Mustafayev Bakı şəhərində qərar tutduqdan sonra Cavad qarmonçalan Ağadadaş Abdullayev və məşhur klarnet ustası Yüzbaşı Rzayevin kollektivindən dəvət aldı. Bu böyük sənətkarlardan o çox şey öyrəndi. Ən əsas öyrəndiyi alicənablıq, düzlük, mərdlik, ustadına ehtiram, qayğı və elinə, obasına, dostlarına sədaqət oldu. O eyni zamanda şəhər Pionerlər evində də fəal çıxışlar edirdi. 1968-ci ildə pionerlərin Respublika musiqi müsabiqəsində iştirak etdi və müsabiqənin qalibi seçildi. Mükafat olaraq onu ümumdünya “Artek” pioner düşərgəsinə göndərdilər. 1970-ci ildə Lənkəran şəhərindəki 1 saylı orta məktəbi başa vurduqdan bir çox illər sonra Cavad Krupskaya adına Mədəni-maarif texnikumuna daxil oldu və 1982-ci ildə oranı uğurla bitirdi. Tədricən o toylara təkcə nağaraçalan kimi deyil, həm də müğənni kimi dəvət olunmağa başladı. Bir halda ki, toy ərzində daha çox o oxuyur və hamı onun oxumasını xahiş edirdi, belə olduğu üçün toyun bütün yükünü çəkmək ağır olmayacaqdı. Texnikum təhsilindən sonra Cavadı şəhər “Dostluq” parkının bədii rəhbər vəzifəsinə təyin etdilər. O bu vəzifədə düz 14 il çalışdı və burada “Dostluq” instrumental ansamblını yaratdı. Çox keçmədi ki, Cavad el şənliklərində, konsertlərdə özünün qeyri-adi digər istedadı ilə də tanınmağa başladı. Beləki, o vaxta kimi heç bir müğənni ifa edilmiş hansısa məşhur hind və ya fars mahnısından müğənninin səsini çıxardıb, təkcə ansamblın ifasını saxlaya, yerinə öz səsini yaza bilmirdi. İndi “minusovka” düzəltməyə nə var ki?! Kompüter vasitəsilə indi nələr etmək olmur?! Ancaq Cavad bunları 30 il əvvəl və lentli maqnitafonlar vasitəsilə edirdi. Az qala iynə ilə yer qazmağa bənzəyirdi. Amma bu yolla o İran müğənnisi Ququşun (“Ayrılıq”), hind müğənnisi Mukeşin (“Avara” filmindən) və Misir müğənnisi Ummukülsümün səsini silib onların orkeçtrində, onların mahnılarını oxuya bilirdi. Yalnız incəsənətə bütün varlığı ilə bağlı olan kəslər bu əziyyətə qatalaşa bilərdi. 1979-cu ildə Özbəkistanın xalq artisti Batır Zakirov Azərbaycana qastrol səfərinə gəlmişdi və o bir neçə böyük rayonda konsertlər verdi. Lənkəranda Cavadın gözəl nağara çalmaq və mügənnilik istedadı, xüsusən də fonoqram düzəltmək bacarığı ilə tanışlıqda o böyük sənətkar heyrətə gəlmiş və öz heyranlığını respublika televiziyasına müsahibəsində də ifadə etmişdi. Yalnız başqasının verdiyi yüksək qiymətdən sonra Cavada diqqət yönəldi və onu respublika televiziyasına dəvət etdilər. Cavad ilk dəfə 1979-cu ildə Azərbaycan televiziyasında çıxış etdi. 1980-ci ildə Respublika televiziyasında gənc istedadların iştrakı ilə “Gənclik estradası” proqramı yaradılmışdı. Cavad bu proqrama gəldi, oxudu, qalib oldu. İctimaiyyət hamılıqla onu bu proqramın ən uğurlu tapıntısı hesab edirdi. O illərdə Cavad öz pərəstişkarlarından 60 (!) min məktub almışdı. Bu proqramdakı parlaq ifasına görə Cavad Rəcəbovun şöhrəti daha da artdı və hər yerdə üzünə qapılar açılmağa başladı. Bu qapılardan biri Dövlət Universitetinin Coğrafiya fakultəsinə açılmışdı. Burada Universitetin müəllimi Firudin Hüseynzadənin təşəbbüsü və rəhbərliyi ilə “Nur” instrumental ansamblı yarandı. Cavad bu ansamblla fəaliyyət göstərməyə, tələbələr üçün rəngarəng konsertlər verməyə, Universsiteti hər yerdə ləyaqətlə təmsil etməyə başladı. Amma Cavad bu fakultədə çox oxuya bilmədi. Çünki bura onun yeri deyildi. Onun əsl yerini pianoçu Gülarə Əliyeva dəqiq müəyyənləşdirdi və 1984-cü ildə Cavadı Dövlət İncəsənət İnstitutuna gətirdi.Cavad uzun müddət Gülarə xanımın rəhbərlik etdiyi populyar “Dan ulduzu” instrumental ansamblının solisti oldu. Tanınmış bəstəkarlardan Oktay Kazımov, Emin Sabitoğlu və Faiq Sucəddinov onun üçün bir-birindən gözəl mahnılar yazdılar. Onun ifa etdiyi mahnıları radionun “Qızıl fondu”na daxil edilirdi. Artıq Cavad bütün dairələrdə məşhurluq qazanmışdı. 1981-ci ildə Cavad Nuranə xanımla ailə qurmuşdu. Həyat yoldaşı pediatr - uşaq həkimi idi. Onların İlahə və Cavid adlı iki uşağı dünyaya gəldi. Cavid indi Bakıda məşhur oranjemançı, bəstəkar və səs rejissoru kimi tanınır. Cavad qayğıkeş ailə başçısı olmaqla yanaşı həm də respublikanın bütün Dövlət tədbirlərində, bayramlarda, ən nüfuzlu el şənliklərində çıxış edir, onun adını, ifasını eşitdikdə, üzünü gördükdə hamının çöhrəsinə xəfif təbəssüm qonurdu. Bu münasibətin bir adı vardı: hamı onu özününkü hesab edirdi, adına “Bizim Cavad” deyirdi. Daha bir qədərdən sonra ona Respublikanın əməkdar artisti fəxri adını verəcəkdilər. O bu adı mənəvi cəhətdən çoxdan qazanmışdı. Onun qədər zəhmətkeş, hər bir mahnıya böyük əmək sərf edən, tam məsuliyyətlə yanaşan, hamı tərəfindən maraq və rəğbətlə qarşılanan, sevilən ikinci bir sənətkar tapmaq çətin idi. O respublikamızın az qala bütün rayonlarında zəngin konsert proqramı ilə çıxış edir, “Nur” ansamblı ilə el şənliklərinə musiqi bəzəyi vururdu. Hər şey çox yaxşı idi. Lakin birdən amansız ölüm böyük şəxsiyyət, gözəl insan, istedadlı pianoçu, musiqi xadimi Gülarə Əliyevanı haqq dünyasına qovuşdurdu. Cavad bu itkidən elə sarsıldı ki, uzun müddət özünə gələ bilmədi. Az qala sənətdən də ayrılacaqdı. O vaxt o çoxlu toy sifarişlərindən imtina elədi, ürəkdən sevinə, sidqi-ürəklə oxuya və yeni mahnılar üzərində işləyə bilmədi. Yığışıb Lənkərana qayıdan Cavad uzun müddət Bakıya da getmədi. Lənkəran onu həmişə özünə çəkir və sanki diğər yerlərə qısqanırdı. Zatən o özü də başqa yerdə yaşayışa alışa bilmirdi. Lənkərana qayıtması bir müddət sonra onu yenidən sənətə qaytardı. Bu doğma şəhərdə onu əhatə edən pərəstişkar rəğbəti heç yerlə müqayisə olunmazdı. Beləcə Cavad yenidən yaradıcılıq eşqi ilə çalışmağa – hind, fars, ərəb, türk, əfqan, Azərbaycan, talış mahnıları hazırlamağa və yenidən hamını heyrətləndirməyə başladı. Amma çox keçmədi ki, Qarabağ hadisləri alovlandı, Qanlı 20 yanvar faciəsi, sonralar Xocalı soyqırımı hadisələri törədildi. Cavad təpədən dırnağa kimi Vətənpərvər mügənni idi. Buna görə o doğma Azərbaycanın başına gətirilən bu haqsızlıqlara görə yenidən ruh düşgünlüyünə məruz qaldı. Öz xalqı, eli-obası qan ağlayarkən Cavad sevinə, gülə, sidqi-ürəklə şən mahnılar ifa edə bilməzdi. Onda yenidən sənət eşqini ölkə rəhbərliyinə ümummili lider Heydər Əliyevin gəlişi coşdurdu. Ölkənin müstəqilliyi qüdrətləndikcə bütün sahələr üzrə insanların imkanları da genişlənir, Azərbaycan Dünya arenasında ləyaqətlə təmsil olunurdu. Bu zaman sənətçilərin üzərinə də mühüm və böyük vəzifələr düşürdü. Ölkəni digər ölkələrdə ləyaqətlə təmsil edən sənətçilərdən biri də Cavad Rəcəbov oldu. İlk xarici qastrol səfəri 1991-ci ildə qardaş Türkiyəyə olmuşdu. İstambulda Zeki Mürenin mahnılarını elə gözəl ifa edirdi ki, onunla 5 illik müqavilə imzalamaq istədilər. Lakin Azərbaycan, Lənkəran onu yaman çəkirdi. 1993-cü ildə İranda çox gizli vəziyyətdə, amma həm də uğurla ailə konsertləri verirdi. Belə gizli mərasimlərin birində imarət sahibi konsert üçün nərdivan tədarükü görmüşdü. İranda şən mahnılar oxumaq, əylənmək qadağan idi. Mərasimin şirin yerində birdən “Komitə” işçilərinin gəldiyi xəbər verildi. Cavadı məhz o nərdivanla tez qonşu həyətlərə keçirtdilər və gizlədilər. Lakin səsgücləndirici aparatlar, alətlər ələ keçirildi və sındırıldı.1994-cü ildə Cavad Almaniya səfərində oldu. Onu oraya həmyerliləri dəvət etmişdi.Bu konsertə gəlmiş azərbaycanlılar sonra onu Belçikaya, oradan isə Hollandiyaya dəvət etdilər. Cavad heç bir əlavə müşahiyət olmadan, təkbaşına konsertlər verirdi. Mahnıların ”minusovkasını” aparmış, səhnədə sintezator, zərb və nağara aləti qoymuşdu. O oxuyur, eyni zamanda gah sintezator, gah da nağara və zərb çalırdı. Heyrətdən hamının ağzı açıla qalmışdı və hamı onu ayaq üstündə alqışlayırdı. Uğurlu çıxışına görə ona bir “Audi” markalı maşın bağışladılar. Maşınlar onun xobbisi idi. Azərbaycan sənətçiləri arasında təkcə Cavad Rəcəbov özündə 5 komponenti – bəstəkarlığı, şairliyi, müğənniliyi, oranjemançılığı və alət ifaçılığını birləşdirirdi. Çox keçmədi ki, Cavad Rəcəbov fenomeni barəsində “Azərbaycantelefilm” yaradıcılıq Birliyində “Bu günün nağılı” adlı sənədli film (rejissor N.Abbas) çəkildi. 1995-ci ildə “Səhər” qəzeti onu obrazlı şəkildə “Ansambl adam” adlandırmışdı. O hər yerdə ən maraqlı hadisələrin mərkəzində olurdu. Bir dəfə Cavad BƏƏ-nin Dubay şəhərində İran mügənniləri Arif və Leyla Fürharın konsertində iştirak edirdi. Bu məşhur müğənnilər birdən salona düşdülər və kimin farsca mahnı oxuya bildiyini öyrənmək istədilər. Cavad mikrafonu alıb fars dilində elə gözəl oxudu ki, bu müğənnilər heyrətdən nə deyəcəklərini bilmədilər və konsertin qalan hissəsini onun ixtiyarına buraxdılar. Həmin konsertdə Cavad 8 Şərq ölkəsinin dilində mahnılar oxudu. Sonra onun adını da Azərbaycandan gəlmiş məşhur müğənni kimi afişaya saldılar. Onlar birlikdə Abu-Dabidə möhtəşəm konsert verdilər. Cavad səhnəyə Azərbaycan bayrağına bürünmüş vəziyyətdə daxil olurdu. Bu konsertdən sonra Arif bəy onu ABŞ-a dəvət elədi. Elə Sankt-Peterburq və Moskva turnesindən sonra da ona Rusiyada qalmaq təklifləri olmuşdu. Mərhum sənətkar Rəşid Behbudovun xatrəsinə Rusiyanın soyuq Norilsk şəhərində verdiyi möhtəşəm konsert sonra ona digər şəhərlərdən də onlarca konsert və daimi yaşayış təklifləri qazandırmışdı. Çox uğurlu təkliflər idi. Amma Cavad Azərbaycandan, xüsusən də Lənkərandan kənarda yaşaya bilməyəcəyinə əmin idi. Dubay səfərlərinin birində məşhur hind müğənnisi Asha Bosle ilə əyani tanış oldu. Onun mahnılarını çox oxumuşdu. Xüsusi montaj yolu ilə onunla, eləcə də məşhur fars müğənnisi Ayda Pürhanla duet ifalarını lentə yazdırmışdı. Dəniz ləpələri ilə duet oxuyurmuş kimi. 600-ə yaxın mahnı Cavadın ifasında 40-a yaxın albomun tərkibi oldu. Elə kassetlərinin və disklərinin sayı da onlarca oldu. Bir-birindən maraqlı albomları çıxır və böyük uğur qazanırdı. Bütün bunlara o Lənkəranda, Stamurdov kəndində yaşayaraq nail olurdu. Bunun özü də ölkə sənətçiləri arasında böyük uğur və bir fenomenal hadisə idi. Həmkarları onu dəfələrlə Bakıya dəvət etmişdi, ancaq... Əyalətdə yaşayaraq sənətlə belə peşəkarcasına məşğul ola bilmək hər sənətkarın bacardığı iş deyildi. Musiqimizin inkişafı, təbliği və xeyriyyəçilik fəaliyyətinə görə dəfələrlə H.Z. Tağıyev adına fəxri sponsor diplomu, “Azərbaycan Bayrağı mükafatı laureatı”, “Vətən tərənnümü”, “Fakt+fakt” qəzetlərinin fəxri diplomları və onlarca fəxri fərmanla təltif edilmişdi. 2007-ci ildə Lənkəran Bələdiyyəsi Cavad Rəcəbovu musiqi sənətində “İlin adamı” nominasiyası üzrə “İlin laureatı” mükafatına layiq gördü.Biri-birindən gözəl mahnılarına maraqlı kliplər çəkilirdi. Onun 2008-ci ildə “Heydər baba” mahnısına çəkdirdiyi klip xüsusilə böyük şöhrət qazandı. Lənkəranda bu klipin möhtəşəm təqdimat mərasimi keçirildi.
    2009-cu ildə Cavadın beş dildə və 14 mahnıdan ibarət “Gözüm qaldı” adlı yeni albomu işıq üzü gördü. Yaş artdıqca uğurlar da çoxalır, bir-birini əvəzləyərək Cavadı sənət zirvələrinə ucaldırdı.
    Cavad Rəcəbov yenə də doğma Lənkəranda el şənliklərinə ən dəyərli sənətçi kimi musiqi bəzəyi vurmaqdadır. Ən böyük arzularından biri özünün “Nur” studiyasında müasir estrada müğənniləri məktəbini yaratmaqdır. Hansısa səbəblər ucbatından rəsmi adı olmasa da onun xalq tərəfindən layiq görülmüş çox böyük bir fəxri adı var: “Bizim Cavad!” Bu adı qazanmaq, hamının sevimlisi, əzizi sayılmaq çox çətin və çox böyük nəaliyyətdir. Belə böyük uğurlara isə yalnız böyük sənətkarlar imza ata bilir! ...Cavad Rəcəbov kimi.

    Hafiz Mirzə

    Yazıçı - Publisist

    Fəxri mükafatlar →


  • 1. Bu dünya

    2. Gözüm qaldı

    3. Aşiq kimdir

    4. Fəryad

    5. Həsrət

    6. Mənim hekayəm

    7. Mübarək olsun

    8. Qarabala

    9. Sən ey Nazənin

    10. Tövbə

    11. Vətən

    12. Zəhra xanım

    13. Ana

    14. İnsafsızlıq

    15. Salamun əleyküm

    16. As salam aleykum

    17. Nazlı yar

    18. Saqi

    19. Ayrılıq

    20. Qarabağım

    21. Ülviyyə

    22. Ey sənəm

    23. Salam gətirmişəm

    ALBOMLAR ►

  • Albomlar

    Bu dünya

    12 mahnı


    YÜKLƏ ▼
    Gözüm qaldı

    14 mahnı


    YÜKLƏ ▼
    Aşiq kimdir

    12 mahnı


    YÜKLƏ ▼
    Fəryad

    9 mahnı


    YÜKLƏ ▼
    Həsrət

    12 mahnı


    YÜKLƏ ▼
    Mənim hekayəm

    9 mahnı


    YÜKLƏ ▼
    Mübarək olsun

    11 mahnı


    YÜKLƏ ▼
    Qarabala

    10 mahnı


    YÜKLƏ ▼
    Sən ey Nazənin

    15 mahnı


    YÜKLƏ ▼
    Tövbə

    10 mahnı


    YÜKLƏ ▼
    Vətən

    13 mahnı


    YÜKLƏ ▼
    Zəhra xanım

    5 mahnı


    YÜKLƏ ▼
    Ana

    14 mahnı


    YÜKLƏ ▼
    İnsafsızlıq

    14 mahnı


    YÜKLƏ ▼
    Salamun əleyküm

    17 mahnı


    YÜKLƏ ▼
    As salam aleykum

    10 mahnı


    YÜKLƏ ▼
    Nazlı yar

    12 mahnı


    YÜKLƏ ▼
    Saqi

    15 mahnı


    YÜKLƏ ▼
    Ayrılıq

    11 mahnı


    YÜKLƏ ▼
    Qarabağım

    19 mahnı


    YÜKLƏ ▼
    Ülviyyə

    16 mahnı


    YÜKLƏ ▼
    Ey sənəm

    11 mahnı


    YÜKLƏ ▼
    Salam gətirmişəm

    15 mahnı


    YÜKLƏ ▼
  • Qalereya

  • Qalereya

  • Qalereya

  • Qonaq kitabı


    “Nur” Studiyası.
    Azərbaycan, Lənkəran şəhəri, Qala xiyabanı

    Telefon: +994 55 3110760
    Telefon: +994 70 3110760
    Telefon: +994 50 2257818

    E-poçt: racabov@cavad.az

  • Cavad Rəcəbov, rəsmi, sayt, müğənni, Azərbaycan, Lənkəran, mahnılar, azərbaycan, hind, talış, türk, ərəb

    Cavad Rəcəbov, rəsmi, sayt, müğənni, Azərbaycan, Lənkəran, mahnılar, azərbaycan, hind, talış, türk, ərəb

    Cavad Rəcəbov, rəsmi, sayt, müğənni, Azərbaycan, Lənkəran, mahnılar, azərbaycan, hind, talış, türk, ərəb

    Cavad Rəcəbov, rəsmi, sayt, müğənni, Azərbaycan, Lənkəran, mahnılar, azərbaycan, hind, talış, türk, ərəb

    Cavad Rəcəbov, rəsmi, sayt, müğənni, Azərbaycan, Lənkəran, mahnılar, azərbaycan, hind, talış, türk, ərəb

    Cavad Rəcəbov, rəsmi, sayt, müğənni, Azərbaycan, Lənkəran, mahnılar, azərbaycan, hind, talış, türk, ərəb

    Cavad Rəcəbov, rəsmi, sayt, müğənni, Azərbaycan, Lənkəran, mahnılar, azərbaycan, hind, talış, türk, ərəb

  • Fəxri mükafatlar